https://www.zirve.edu.az/ #
2021-01-25 10:21:00
Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək  

“Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda dəyişiklik edilib.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov qərar imzalayıb.

 

Dəyişikliyə əsasən, Naxçıvanda bilik və bacarıqlarının qiymətləndirilməsində zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə 6 (altı) ay sonra təkrar qiymətləndirilmədə yenidən iştirak etmək üçün muxtar respublikanın Mədəniyyət Nazirliyinə müraciət edə biləcəklər.

 

Həmçinin təkrar qiymətləndirmədə iştirak etməyən və bu qaydalar ilə müəyyən olunan keçid balını toplaya bilməyən müəllimlər qiymətləndirmədən keçməmiş hesab olunacaqlar. Həmin müəllimlərin əmək müqaviləsinə xitam veriləcək və nazirlik tərəfindən vakant yerlərə işə qəbul üçün Naxçıvanın Dövlət İmtahan Mərkəzinə müraciət ediləcək.