Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 12:37:51
MİQ imtahanları ilə bağlı yeni xəbər - Namizədlərə CAVAB GƏLDİ

2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqə barədə yeni xəbər var.


AzEdu.az saytı xəbər verir ki, bu gün MİQ imtahanlarına ərizə verən namizədlərin sənədlərinin təsdiqləndiyi və ya imtina olunduğu barədə onların şəxsi kabinetinə məlumat göndərilib.


Məlumatda MİQ imtahanlarına namizədlikləri təsdiqlənmiş müəllimlərin tezliklə imtahan yeri və vaxtı barədə bilgiləndiriləcəyi də qeyd olunub.


Xatırladaq ki, MİQ imtahanlarına elektron sənəd qəbulu 22-30 may tarixlərində aparılıb.


Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla çalışan müəllimlər də təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müsabiqədə iştirak etmək hüququna sahibdirlər. 

Müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. 

Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edir.

 

A.Qorxmaz