Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-08 13:37:00
ADNSU-nun 100 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib - FOTO

Yanvarın 7-də Sumqayıt Dövlət Universitetinin (SDU) təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinə həsr olunmuş onlayn konfrans  keçirilib. Konfransda hər iki universitetin rektorları və professor-müəllim heyəti iştirak edib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, onlayn formatda keçirilən konfransı giriş sözü ilə açan SDU-nun rektoru, professor Elxan Hüseynov Azərbaycanın qocaman ali təhsil müəssisəsi kimi ADNSU-nun mühüm əhəmiyyətindən və yüksək kadr potensialından söz açaraq universitetin 100 illik yubileyi münasibətilə başda rektor, professor Mustafa Babanlı olmaqla universitet kollektivini ürəkdən təbrik edib.

 

Konfransda çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2020-ci il tarixli müvafiq Sərəncamına əsasən ölkədə yüksəkixtisaslı peşəkar kadr potensialının formalaşdırılması sahəsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq ADNSU-nun 100 illiyinin respublika səviyyəsində qeyd olunmasını diqqətə çatdırıb. O yubileyə həsr olunan birgə tədbirin təşkili təşəbbüsünə görə isə SDU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Rektor M.Babanlı həmçinin universitetin 100 illiyi münasibətilə prezident İlham Əliyevin professor-müəllim heyətinə fəxri adların verilməsini ADNSU-ya göstərilən yüksək diqqət kimi dəyərləndirib və ölkə başçısına göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib.  O, çıxış zamanı son dövrdə ADNSU-da tədris prosesi, elmi işlər,beynəlxalq əməkdaşlıq və digər sahələrdə baş verən əhəmiyyətli dəyişikliklərdən də danışıb.

 

ADNSU-nun İnformasiya –texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Səməd Yusifov çıxış edərək ADNSU-nun qabaqcıl ali təhsil müəssisəsinə çevrilməsi istiqamətində keçdiyi tarixi inkişaf yolundan, ölkənin neft sənayesinin inkişafında universitetin hazırladığı kadrların rolundan və eləcə də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illərdə həyata keçirilən tədbirlərdən danışıb.

 

Sonra SDU-nun professor-müəllim heyəti ADNSU-nun tarixi, tanınmış məzunları və universitetin Azərbaycan neft sənayesində xüsusi rolundan danışaraq universitetin professor-müəllim heyətini, tələbə və məzunlarını 100 illik yubiley münasibətilə təbrik ediblər.