Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-05 17:32:00
Azərbaycanda daha 802 nəfərdə koronavirus aşkarlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2479 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 221 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 199 213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib. Hazırda 19 396 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8435, bu günə qədər isə ümumilikdə 2 222 629 test icra olunub.