Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-05 15:30:00
Bir çox xarici universitetlərdə təhsil görmüş Anar Kərimov-DOSYE

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsinə təyin edilib. 

 

AzEdu.az yeni Mədəniyyət nazirinin təhsil dosyesini təqdim edir:

 

Anar Kərimov 1977-ci ildə Füzuli rayonunda anadan olub.

 

 

1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb.

 

 

İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak edib.

 

 

Rus, ingilisfransız dillərini bilir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları