Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-04 16:18:00
Təhsil işçiləri üçün “Bələdçi” adlı yeni proqram başlayacaq

“T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyası “Bələdçi” adlı yeni proqrama start verəcək. Məqsəd təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltməyin yolları barədə fikir mübadiləsi aparmaqdır. Proqram hər həftənin birinci günü saat 20.00-da TİA “facebook” səhifəsindən canlı yayımlanacaq.

 

“Bələdçi”nin ilk qonağı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov olacaq.

4 yanvarda təqdim ediləcək proqramda “Yeni dövrdə təhsil idarəçilərindən gözləntilər” mövzusu müzakirə ediləcək.