Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-02 13:53:00
Azərbaycanda təhsil alan əcnəbilərin sayı məlum olub

2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.(Report)