Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-01 10:00:00
Yeni ili ən tez və ən gec qarşılayan ÖLKƏLƏR

Yeni il bu il də dünya ölkələrində fərqli saatlarda başlayacaq.

 

AzEdu.az xəbər verir ki, 2021-ci il ilk olaraq Sakit Okean, Tonqa adasında dekabrın 31-i səhər saat 10:00-da başlayıb. Samoa və Milad adası sayılan Kiribati adasının əhalisi də 2021-ci ili ilk qarşılayanlar sırasındadır. Belə ki, bu adalarda da təzə il 31 dekabr səhər saat 10:00-da başlayıb. 2021-ci il ən gec ABŞ-ın “Baker” və “Howland” adalarına daxil olacaq. Hər iki adada yeni il yanvarın 1-i saat 16:00-dan etibarən başlayacaq.

 

Dünya ölkələri üzrə yerli saatla yeni ilin başlanma tarixi isə belədir:

 

Yeni Zenlandiya - 31 dekabr saat 14:15

Avstraliya - 31 dekabr saat 17:00

Yaponiya, Cənubi və Şimali Koreya - 31 dekabr saat 19:00

Çin, Filippin, Sinqapur - 31 dekabr saat 20:00

Tayland, İndoneziya və Kambodiya - 31 dekabr saat 21:00

Banqladeş - 31 dekabr saat 22:00

Nepal - 31 dekabr saat 22:15

Hindistan, Şri Lanka - 31 dekabr saat 22:30

Pakistan - 31 dekabr saat 23:00

Azərbaycan - 1 yanvar saat 00:00

İran - 1 yanvar saat 00:30

Türkiyə, İraq, Keniya, Rusiyanın böyük hissəsində - 1 yanvar saat 01:00

Yunanıstan, Ruminiya, Cənubi Afrika,Macarıstan - 1 yanvar saat 02:00

Birləşmiş Kralllıq, İrlandiya, Portuqaliya - 1 yanvar saat 04:00

Braziliya, Cənubi Gürcüstan - 1 yanvar saat 06:00

Argentina - 1 yanvar saat 07:00

Kanada -1 yanvar saat 08:00