Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-30 15:58:00
Emin Əmrullayevin Təhsil naziri kimi gördüyü işlər-Vacib qərarlar,əmrlər

Bu gün Azərbaycanın 5-ci Təhsil və ən gənc naziri olan Emin Əmrullayevin 38 yaşı tamam olur.


27 iyul 2020-ci il tarixində Təhsil naziri təyin edilən Emin Əmrullayev 2013-cü ilin iyun ayından etibarən Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlayıb, 2013–2014-cü illərdə sektor müdiri, 2014–2015-ci illərdə şöbə müdirinin müavini və 2015–2020-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışıb.


2020-ci ilin yanvar ayından iyul ayına qədər Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor vəzifəsində işləyib.


AzEdu.az Emin Əmrullayevin Təhsil naziri olduğu dövrdə imzaladığı əmrləri təqdim edir:


MİQ müsabiqəsi ilə bağlı əmrdə dəyişiklik edildi:


2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə əmrdə dəyişiklik edib.


Əmrə əsasən, “2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkili və keçirilməsi təmin edilməlidir”.


Məktəbəhazırlıq qrupları ilə bağlı əmr imzalanıb:


Təhsil naziri Emin Əmrullayev dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair qeydləri təsdiq edib.
 

Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:
 

- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;


- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.


Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.


Emin Əmrullayev dərslərin keçirilməsi ilə bağlı əmr verib:


Təhsil naziri Emin Əmrullayev tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2020-2021-ci dərs ili üçün tədris planlarının təsdiqi ilə bağlı əmr imzalayıb.


Təhsil naziri 51 məktəb direktoruna xəbərdarlıq etdi - 16-na töhmət verdi:


Təhsil Nazirliyi sentyabrın 23-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqlər aparıb.
 

Nazirlikdən verilən məlumata görə, məqsəd ümumtəhsil məktəblərində Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasıdır.
 

18-i özəl, 73-ü dövlət ümumi təhsil müəssisəsi olmaqla, Bakı  və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 91 məktəbdə monitorinq aparılıb.


Monitorinq nəticələrinin təhlili göstərir ki, yoxlama aparılmış məktəblərdə əsas qayda pozuntuları müəssisəyə daxil olan şəxslərin müvafiq qaydada hərarətinin ölçülməməsi, müəssisədə müvafiq standartlara cavab verən xüsusi karantin otağının mövcud olmaması, həmçinin sanitar qovşaqlarda maarifləndirici posterlər və xəbərdaredici nişanların yerləşdirilməməsi ilə bağlıdır.


Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb:


Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb.
 

Nazirlikdən verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin, şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib.


65 yaşdan yuxarı müəllimlərin əmək müqaviləsi uzadıla bilər:


Avqustun sonunda Baş nazirin imzaladığı “Pandemiya şəraitində tədrisin təşkili” qaydalarına görə 65 yaşlı müəllimlər tədrisə cəlb olunmurlar. Onları başqa müəllimlər əvəz edir”.
 

Bunu fikirləri Emin Əmrullayev mətbuat konfransı zamanı bildirib.


Təhsil Nazirliyi: 28 məktəb rəhbərinə töhmət verilib:


Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə 7-9 oktyabr tarixlərində 100 dövlət ümumtəhsil məktəbində monitorinq aparılıb. Monitorinq Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrin tələblərinə uyğun olaraq həyata keçirilib.
 

Nazirlikdən verilən məlumata görə, onitorinq nəticəsində yoxlama aparılmış 74 ümumtəhsil məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda pozuntuları aşkar edilmiş ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb. Belə ki, 4 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 24-nə töhmət verilib, 46-na isə xəbərdarlıq edilib.


Təhsil naziri əmr imzaladı: Vətən müharibəsi dərsliklərə salınacaq


“Vətən müharibəsinə dair ibrətamiz faktlar toplanılır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin bütün məzmununda yer tapacağı gözlənilir”.
 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov şəxsi facebook səhifəsində yazıb.
 

O, II Qarabağ müharibəsinin dərsliklərə salınmasından söz açıb.
 

“Vətən müharibəsi qalibiyyətlə yekunlaşıb. Bu şərəfli tarixin iştirakçısı olan on minlərlə insanımıza böyük sevgi borcumuz var. Şəhid olan cəngavərlərimizi, qazi olan qəhrəmanlarımızı böyük ehtiramla yaddaşlarımıza həkk edəcəyik”.


Təhsil naziri Sertifikasiya ilə bağlı əmr imzalayıb:


Təhsil naziri Emin Əmrullayevin əmri ilə Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri yeni tərkibdə təsdiq edilib.
 

Şura üzvləri TN-nin Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təyin edilib.


Emin Əmrullayev Təhsil Nazirliyində kadr dəyişikliyi həyata keçirib:


Nazirlikdən verilən xəbərə görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.


Nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin edilib.


Nazir Təhsil Şöbəsinin müdirinə yüksək vəzifə verib:


Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinə yeni direktor təyin edilib.
 

Bununla bağlı təhsil naziri Emin Əmrullayevin müvafiq əmr imzalayıb.
 

Əmrə əsasən, mərkəzin direktoru vəzifəsi Namiq Nağıyevə həvalə olunub.
 

O, əvvəllər Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri işləyib.


Təhsil naziri məktəb direktoruna töhmət verib:


Təhsil Nazirliyi sosial şəbəkədə məzuniyyət vaxtı avtobus sürücüsü işləməyi ilə bağlı yalan məlumat yayan məktəb direktoru barədə qərar verib.



Nazirlikdən, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə "Müəllimlərin etik davranış Qaydaları"nı  pozduğuna görə, Təhsil nazirinin müvafiq əmri ilə töhmət verildiyi bildirilib.


Karantində dəbdəbəli ad günü keçirən direktor işdən çıxarıldı:


Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib.


Təhsil Naziri Topçu Vüsalın şəklinin altina bu şərhi yazan 102 saylı məktəbin direktoru Mailə İsmayilovaya da töhmət verib.


Emin Ərullayevdən yeni təyinat:


Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rəşad Xanlarov Təhsil Nazirliyində Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları