Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-29 15:27:00
“Virtual məktəb”də həftə ərzində 6 milyondan çox dərs keçirilib

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənir.

Təhsil Nazirliyindən  bildirilib ki, dekabrın 20-dən 27-dək platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 milyon 426 min 721, müəllimlərin sayı 127 min 550, aktiv istifadəçi sayı 1 milyon 123 min 126 nəfər olub. Həftə ərzində “Virtual məktəbdə” 6 milyon 164 min 209 dərs keçirilib.