Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-28 15:10:00
BŞTİ-yə il ərzində 32 mindən çox müraciət daxil olub

2020-ci təqvim ili ərzində BŞTİ-yə 32 455 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.


AzEdu.az xəbər verir ki,statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 9 835 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 656 müraciət daxil olub.

Xüsusi karantin rejimi dövründən öncə 409 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

13 518 sənəd (vətəndaşlar tərəfindən 3 575 ərizə, Təhsil Nazirliyindən 1 720, digər qurumlardan 1 854, məktəblərdən 4 104 məktub, 256 strukturdaxili yazışma və 2009 kadr ərizəsi) qəbul olunub. Həmçinin 6 037 elektron müraciətə baxılıb.

Xüsusi karantin rejimi dövründən öncə Bakının 12 inzibati rayonu üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.