Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-28 10:37:00
Bakıda 166 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

 

Bu barədə AzEdu.az-a  Təhsil İdarəsindən məlumat verilib.

 

Qeyd olunub ki, məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.