Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-26 11:26:00
Koronavirusu yüngül keçirdiyinizin 7 əlaməti

Avstriya alimləri və infeksion mərkəzin həkimləri 109 koronavirus xəstəsi üzərində eksperiment aparıblar.

AzEdu.az bildirir ki, professor Vinfrid Pikl tədqiqat zamanı yüngül dərəcədə koronavirusu keçirən qrupda aşağıdakı əlamətlərin daha çox olduğunu qeyd edib.

- Titrəmə, yorğunluq, soyuq hissi, yüngül öskürək, qrip əlamətləri
- Burun tutulması, boğazda quruluq
- Əzələ oynaq ağrıları
- İshal, ürəkbulanma
- Göz və burun selikli qişasının iltihabı, qızarması
- Dad və iybilmənin itməsi, reseptorların işində pozulma
- Baş ağrısı

Alimlər müəyyən edib ki, koronavirus yüngül formada da olsa insanın immunitetinə ciddi təsir edir, ona görə xəstəlikdən hətta 10 həftə sonra da onun fəsadlarını görmək olur. //Medicina.az