Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 13:30:00
Göyçayda məktəbdən oğurluq edildi

Göyçayda məktəbdə oğurluq hadisəsi baş verib. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon ərazisindəki tam orta məktəblərin birindən 2 000 manat dəyərində kompyuter avadanlıqları, generator, musiqi mərkəzi, elektrik qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Adilov və T.Həsənov saxlanılıblar.