Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 12:20:00
Prezident səfərbərliklə xidmətə çağırılanların tərxis olunması barədə sərəncam imzaladı    

Prezident İlham Əliyev “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncam imzalayıb.


AzEdu.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.


Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandırmalıdır.


Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.