Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 12:43:00
BŞTİ fəaliyyətini məsafədən təşkil edir

“Bakı Şəhər Təhsil İdarəsi mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələn müvafiq qaydalara uyğun olaraq fəaliyyətini məsafədən təşkil edir. İdarə rəhbərliyinin təşəbbüsü ilə müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar təşkil olunur”

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

 

 “BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə də mütəmadi olaraq onlayn görüşlər keçirilir. Görüşlərdə 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili, həmçinin tədris planları barədə danışılıb. Eyni zamanda təhsil sahəsində aparılan islahatlar, qazanılmış uğurlar və perspektiv məsələlər, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər müzakirə olunur.

Görüşlərdə həmçinin Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bağlı tədris ocaqlarında həyata keçirilən maarifləndirici tədbirlər, işğaldan azad edilmiş ərazilərin tarixi və coğrafiyası, adət-ənənələri, tanınmış şəxsiyyətləri barədə məlumatların dərslərə inteqrasiyası, vətənpərvərlik mövzusunda təqdimatların, videoçarxların hazırlanması, gənclərin ordu sıralarında xidmətə mənəvi-psixoloji hazırlığı barədə fikir mübadiləsi aparılır.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları