Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 14:00:00
Növbəti tədris ili üçün təmirə dayanılacaq və yeni tikiləcək məktəblər - RƏSMİ  

2018/2019-cu tədris ilində neçə yeni məktəbin istifadəyə veriləcəyi və neçəsinin yay ərzində əsaslı təmirə dayandığını öyrənmək şagird, müəllim və valideyn kontingentinə çox maraqlıdır. 

BŞTİ-dən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 12 ümumtəhsil müəssisəsi əsaslı təmirə dayandırılıb. 3 yeni məktəb isə tikilərək istifadəyə veriləcək. Bunlardan biri  Yasamal rayonu ərazisində, digəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşir.

Digəri isə Binəqədi rayonunda yerləşən 179 nömrəli məktəbdə sıxlığı azaltmaq məqsədilə həmin məktəbdən nisbətən kənar ərazidə yerləşən əlavə bina tikintisidir.