Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-22 11:21:00
“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişlənir

Pandemiya dövründə “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib və ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.

 

AzEdu.az xəbər ki, “Məktəblinin dostu” layihəsi Bakı, Abşeron və Sumqayıt üzrə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.


"Məktəblinin dostu” layihəsi BŞTİ-nin tabeliyindəki 186 ümumi təhsil müəssisəsini əhatə edir.

 

Layihə çərçivəsində şagirdlərin “Əsgərə salam” aksiyası təşkil olunub. Məktəblilər Vətən Müharibəsində rəşadətli ordumuza dəstək olmaq üçün maraqlı videoçarxlar hazırlayıblar.


“Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, məktəblilər arasıda bir sıra onlayn yarışlar təşkil olunub.


Hazırda layihə çərçivəsində məktəblilər arasında “Sülhü birgə formalaşdıraq!” mövzusunda rəsm müsabiqəsi davam edir. Müsabiqə Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Azərbaycan YUNESKO Klublarının birgə təşkilatçılığı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəbləri arasında keçirilir.