Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 11:44:00
Bu ölkələr şagirdlərin orta məktəbdə mobil telefondan istifadəsinə “YOX” deyir - QADAĞALAR

Orta məktəblərdə şagirdlərin mobil telefondan istifadə edib-etməməsi ilə bağlı məsələlər hələ də müzakirə mövzusudur. Bəs dünya ölkələrinin hansında şagirdlərin mobil telefondan istifadəsinə qadağa qoyulur?

AzEdu mövzu ilə bağlı kiçik araşdırma aparıb.

Fransa orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadə etməsinə qadağa tətbiq edir. Təhsil naziri  Jin Miçel Blanqur tərəfindən təsdiqlənən qadağa  2018-ci ildən etibarən qüvvəyə minib.

Telefondan istifadə qadağası valideynlər arasında fikir ayrılığı yaradıb. Tətbiqə qarşı çıxan ailələr qadağanı uşaqları texnologiyadan uzaqlaşdırmaq kimi görürlər. Tətbiqi dəstəkləyən ailələr isə qadağan olunduqdan sonra şagirdlərin  dərsə diqqətinin  artacağını və uğurlu olacaqlarını düşünürlər.

Qadağanın əsas  məqsədi şagirdlərin bir-biri ilə daha çox ünsiyyətini olmasına şərait yaratmaq, telefondan asılılığı azaltmaq və dərslər diqqəti daha da artırmaqdır.

Fransada 12-17 yaşarası uşaqlaın təxminən 93 faizi mobil telefondan istifadə edir.

İngiltərədə məktəblərdə telefon istifadəsi ilə bağlı hökumət tənzimləməsi yoxdur, məktəblər öz qaydalarını təyin edə bilər. 13-19 yaşlı gənclərin 90 faizi mobil telefonlardan istifadə edir. Ancaq hər üç məktəbdən biri telefonların istifadəsini qadağan edir.

Avropada telefonlara həssaslıq göstərən başqa bir ölkə İsveçdir. 10-15 yaş qrupundakı hər 10 uşaqdan 4-ü sinifdə telefondan istifadə etmir.

Şimali Koreyada internet ilk dəfə 2000-ci illərdə yayılmağa başlayıb. 2009-cu ildə smartfon və mobil telefonların istifadəsinə qadağa qoyulub.

Şimali Koreyadan kənarda bir internet şəbəkəsinə və ya başqa bir sayta daxil olmaq mümkün deyil. Kompüterlər “Microsoft”un Şimali Koreya versiyası və ya “Red Star” adlanan əməliyyat sistemindən istifadə edirlər. Smartfonlar və tabletlərdə Şimali Koreyaya uyğun Android əməliyyat sisteminin bir versiyasından istifadə edirlər.

Türkiyədə 2016-cı ildəTəhsil Nazirliyi dərs zamanı məktəblərdə mobil telefonların istifadəsini qadağan edib. Və ya mobil telefonu gətirən tələbələrin mobil telefonlarının səsini azaltmalarını və ya söndürməsini tələb edirlər. Ancaq 2018-ci ildə bu qadağa genişləndirildi və siniflərdə mobil telefonlardan istifadə bir dəfəlik qadağan olundu. Bu qadağa məktəblərdə mənfi hadisələrin qarşısını almaq üçün mühüm qərarlardan idi.

ABŞ-da da qərar məktəblərə məxsusdur. Amma sinifdə smartfonun istifadəsini məhdudlaşdıran məktəblərin sayı azdır. Misal üçün, Setingdə  yerləşən Framingham orta məktəbi smartfonlardan istifadəni qadağan edib.

Bundan əlavə, məktəblərdə telefondan istifadə 2013-cü ildə Uqandada, 2014-cü ildə Malayziyada qadağan edilib.

Leyla Qulami