Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 09:23:00
Zəlzələdən  Lerik  təhsilinə  zərbə - “Bina elə vəziyyətə düşüb ki...”

Proses belə davam etsə, binada işləmək mümkün olmayacaq”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev deyib. Onun sözlərinə görə, təhsil müəssisələrinə ziyanın dəyib-dəyməməsi ilə bağlı monitorinqlər davam edir:

“Lerik Rayon Təhsil Şöbəsinin inzibati  binası qəzalı vəziyyətdə idi. Zəlzələ nəticəsində bina elə vəziyyətə düşüb ki, proses belə davam etsə, burada işləmək mümkün olmayacaq. Hazırda binada monitorinq keçirilir”.

Lənkəran rayon təhsil şöbəsinin müdiri Aslan İbrahimovun sözlərinə görə, zəlzələ nəticəsində Lənkəranda yerləşən təhsil müəssisələrinə heç bir ziyan dəyməyib:

“Bu barədə dövlətimizə minnətdarıq. O qədər möhkəm binalar tikilib ki, zəlzələ heç bir binaya zərər vurmayıb”

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzininin məlumatına görə, yerli vaxtla saat 02:20-də Lənkərandan 12 km qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Lənkərada da zəlzələ hadisəsi qeydə alınıb. Dağıntı və təlafat olmasa da, 3-4 bal gücündə olan təkanlar bir neçə saniyə davam edib.  Yaşayışı binalarında yaşayan bəzi sakinlər təşvişə düşərək evlərini tərk ediblər. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları