Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-18 15:25:00
Təhsil Nazirliyi açıqladı-“Tətil 3 həftə olacaq”

Türkiyə Təhsil Nazirliyi distant təhsil prosesində  imtahanlar və tətillə bağlı dəqiq tarixləri açıqladı.

 

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, ibtidai siniflərdə imtahan olmayacaq və onlayn təhsil 22 yanvaradək davam edəcək. Yarım il qiymətləri dərsdə iştirakları, mövzulara hazırlıq səviyyələrinə uyğun yazılacaq. 5-11-ci siniflərdə isə proses bir qədər fərqli olacaq. Belə ki, bu könüllü şəkildə həyata keçiriləcək. Valideynlər övladlarının imtahana qatılmasını istəyirsə bununla bağlı məktəbə müraciət etməlidirlər.

 

22 yanvar 2021-ci il tarixindən başlanaraq gündəliklər sıxlıq yaratmamaq şərtilə paylanacaq. 2020-2021-ci tədris ilində dərslər 15 fevraldan etibarən başlanacaq.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları