Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-17 17:08:00
Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “YAŞAT” Fonduna ianə edib

Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna 20 min manat ianə köçürüb.

 

Bu barədə AzEdu.az-a  “AzEduNet” şirkətindən məlumat verilib. Qeyd olunub ki, şirkət 44 günlük Vətən müharibəsində şücaətlə vuruşan ordumuza maddi və mənəvi dəstəyini əsirgəməyib. Oktyabr ayında şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait ianə edilib. Bununla yanaşı, şirkət heyəti cəbhə bölgəsindəki əsgər və zabitlərimizə ərzaq və isti geyimlərdən ibarət yardım göndərməklə də dəstək olub.(Azərtac)