Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-14 17:42:00
Müəllimlər “Virtual Məktəb”in faydalı cəhətlərindən danışıblar

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual Məktəb”də onlayn dərslər davam edir. Təhsilin fasiləsizliyini və davamlılığını təmin edən layihə çərçivəsində müəllim və şagirdlər üçün açıq qeydiyyat, video və audio dərslərin təşkili, tədris cədvəllərinin tənzimlənməsi, qrup işlərinin təşkili, ev tapşırıqlarının təyinatı, qiymətləndirmə, nəzarət mexanizmləri kimi bir çox imkanlar təqdim olunur.

 

AzEdu.az xəbər verir ki, bu imkanlardan faydalanaraq dərs keçən müəllimlər bildirirlər ki, dərslərdə izah edilən anlayışların vizuallaşdırılması mövzunun şagirdlər tərəfindən daha yaxşı dərk edilib, uzun müddət yaddaşlarında qalmasına kömək edir. Bu baxımdan platformada müxtəlif fənlərin tədrisində istifadə üçün təqdim edilən geniş interaktiv alətlər onların dərslərini daha maraqlı etməyə imkan yaradır.


Öz interaktiv dərs təcrübələri barədə fikirlərini paylaşmaq üçün müxtəlif
müəllimlər ilə söhbət etdik. Xəzər rayonu 156 saylı tam orta məktəbin ingilis dili müəllimi Aygün Muradova “Virtual Məktəb”də yaradılan imkanları tam zamanında və çox faydalı hesab edir. Virtual Məktəb”də təqdim edilən alətlər dərslərimizi dinamik, müasir və cəlbedici etməyə şərait yaradır. İlk günlərdən onlayn dərslərimdə bir sıra Veb 2 alətləri tətbiq etməyə başladım.Bura “Flipgrid, Quizlet, Mindmeister, Pear Deck” kimi alətləri aid etmək olar. Yeni lüğət əzbərləməyinizə kömək edəcək bir çox texnikalar var, lakin hələ də kartlar sözləri öyrənməyin ən təsirli üsullarından biri hesab olunur. Bu baxımdan Quizlet” aləti çox effektiv təsir göstərir. Şagirdlər bu alət vasitəsi ilə yeni sözləri asanlıqla mənimsəyir, həmçinin, materialı əzbərləmək üçün məşqlər edir, oyunlar oynayırlar. Alət şagirdlərə yeni leksikanı müxtəlif növ öyrənmə seçimi verir. Beş öyrənmə üsulu və müxtəlif komandalar arası keçirilməsi mümkün olan oyunlar öyrənənlərin həvəsini daha da artırır.


"Mindmeister
beyin həmləsi üsulunu tətbiq etməyə kömək edir. Proqram şagirdlərin yeni ideya və yanaşmalarını özündə əks etdirir. Bu tətbiq vasitəsilə hazırladığımız materialları təqdimatlarımıza da inteqrasiya edə bilirik. Tətbiq şagirdin müstəqil düşünmə qabiliyyətini və öyrənmə motivasiyasını yüksəldir. Mövzunun kollektiv müzakirəsi üçün əsas fikir mərkəzdə yazılır və  şagirlərin ixtiyarına buraxılır. Şagirdlər təkcə sözlər və cümlələrlə deyil, həmçinin şəkillər, video materiallar, linklər vasitəsilə həm öz fikirlərinə, həm də yoldaşların yazdıqları fikirlərə də münasibətlərini bildirə bildirirlər.

 

Lənkəranda 7 saylı tam orta məktəbdə ingilis dili müəllimi çalışan Mehmanə Heydərova isə platformada təqdim edilən alətlərin interaktivliyi təmin etməklə yanaşı, dərslərin keyfiyyətinə də müsbət təsir göstərdiyini bildirir. - “Dərsin mövzusuna uyğun olaraq müxtəlif alətlərə müraciət edirəm. Layihə işlərinin həyata keçirilməsi üçün “Thinglink”, “Mindomo”, “Jamboard Google”, “Buncee” alətlərindən, şagirdlərin qiymətləndirilməsi üçün gündəlik kimi  “Praise” alətindən, ev tapşırıqlarının verilməsində, həmçinin dərs zamanı beyin həmləsi üçün “Cram”, “Quizizz”, “WordWall”, “WheelDecide”, “PearDeck”, “EduCandy”, “LearningApps” kimi alətlərdən geniş istifadə edirəm.”

Mehmanə müəllimə bu alətlərin şagirdləri tərəfindən də maraqla və asanlıqla istifadə olunduğunu bildirir. - “Məsələn “Thinglink” alətində müxtəlif məlumatlar bir şəkil və ya bir video üzərində yerləşdirilir. Məlumatların bu formada vizual olaraq təqdimatı şagirdlərin daha çox diqqətini cəlb edir. “Cram”, “Quizizz”, “EduCandy”, “LearningApps” alətləri ilə  müxtəlif testlər və açıq tapşırıqlar yaradıb, virtual sinif otağında paylaşmaqla, şagirdlərin dərsə marağını artırmaq olur. “Jamboard Google” və ya “Buncee” alətləri ilə onlayn kitab formatında verilən tapşırığı bir neçə səhifədə toplaya bilirik. “WheelDecide” aləti isə onlayn dərs zamanı qrup işlərinin təşkil olunmasına kömək edir. Bu kimi digər alətlər də dərslərimizi əyləncəli və daha səmərəli keçirməyə xidmət edir. Hər gün yeni alətlərə müraciət edərək dərslərimi rəngarəng etməyə çalışıram. Müsbət effekti nəzərə alaraq,  həmkarlarıma da onlayn dərslər zamanı interaktiv alətlərdən faydalanmağı məsləhət görürəm.”