Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-14 11:08:00
Məşhur pedaqoji təlim ucqar kənd məktəbimizdə -LAYİHƏ

 

 

“Nik Vuyçiç inklüziv təhsil üzrə yay məktəbi” Azərbaycan Respublikası Təhsil Nazirliyinin IV Qrant müsabiqəsində məktəb layihəsi olaraq qalib gəlib.

 

 Layihənin rəhbəri Astara rayonu M.Abıyev adına Vaqo kənd tam orta məktəbin direktoru Qumru Nuriyevadır.

 

Layihəyənin icrası yay aylarında nəzərdə tutulsa da pandemiyaya görə icra tarixi 15 sentyaabr -15 dekabr 2020-ci il aralığına dəyişdirilib.

 

Layihənin icrasına təlimçi kimi TİPİİ-nin inklüziv təhsil üzrə təlimçisi-pedaqoq Turan Məcidova və psixoloq Fərrux Əliyev cəlb edilib.

 

Distant formada həyata keçirilən  layihədə 20 uşaq iştrak edir.

 

Layihə Astara rayonu Vaqo məktəbi və bir neçə ətraf kənd məktəblərindən sağlam və sağlamlığı məhdut şagirdlər cəlb edilib.

 

Layihənin vəzifələri  sağlam uşaqlar ilə sağlamlığı məhdud olan uşaqların birgə təhsil almasını təmin etmək,  empatiyanı (özünü başqasının yerinə qoymaq bacarığı) formalaşdırmaq, sağlam və qeyri-sağlam uşaqların birgə əyləncəli vaxt keçirməsini təmin etmək və bununla da motivasiyalarnı artırmaq, onların həm öyrənərək, həm də əylənərək bir-birinə dəstək olması və boş vaxtlarının səmərəli keçirilməsini təmin etmək, sağlamlıq imkanları məhdud olan şagirdlərin bacarıqlarını üzə çıxarmaq üçün şərait yaratmaqdır.