Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-14 10:55:00
Azərbaycanın ilk onlayn akademiyasının təqdimatı baş tutub

 

 

13 dekabr Azərbaycanın ilk onlayn akademiyası “E-braindesign” saytının təqdimatı baş tutub.

 

Platformanın yaradılma məqsədi pandemiya dövründə və sonrakı müddətdə gəncləri əlçatan onlayn təhsil xidmətlər ilə təchiz etmək, bu sahədə olan bir çox problemi həll etməkdir.

 

Eyni zamanda onların karyeralarında inkişaf etdirməklərinə dəstək olmaqdır.

 

2 hissədən ibarət olan təqdimatda 160-dan artıq şəxs iştirak edib. Açılış müddətində 4 onlayn xidmətlə bağlı ətraflı məlumat verilib, mütəxəssislər çıxış edib və iştirakçıların 50-dən artıq sualı cavablandırılıb.

 

Həmçinin, hədiyyəli oyunlarla iştirakçıların aktivliyi təmin olunub.