Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-10 17:12:00
Şagirdlərin elektron yerdəyişməsi sistemindəki sorğular bu halda təsdiqlənir - Nazirlik açıqladı

Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi çərçivəsində daha çox müraciət edilən mövzularla bağlı sualların cavablandırılması prosesi davam etdirilir.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə,“Şagirdlərin elektron yerdəyişməsi sistemində valideynlərin yerləşdirdiyi sorğular məktəb tərəfindən niyə gec təsdiqlənir?” sualına cavab olaraq bildirilib ki, valideyn tərəfindən şagirdlərin elektron yerdəyişməsi sistemində yerləşdirilən sorğular məktəb rəhbərliyi tərəfindən ətraflı yoxlanıldıqdan sonra şagirdin həmin məktəbə yerdəyişməsi uyğun olduğu halda təsdiqlənir.