Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-08 16:52:00
 Repetitor xidməti və kursların fəaliyyəti dayandırılır

Ölkədə repetitor xidməti və tədris kurslarının fəaliyyəti dayandırılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə məsələ Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında yer alıb. 

 

Qərara əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkə ərazisində repetitor xidməti və tədris kurslarının fəaliyyətinə icazə verilmir.