Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-25 13:23:00
Ölkədə bu qədər şagird təmayüllü siniflərdə təhsil alır  

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.19-cu maddəsinə əsasən, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (texniki, humanitar, təbiət və digər) təmin olunur. 

AzEdu.az-ın məlumatına görə, hər hansı məktəbin ümumi orta təhsil səviyyəsini bitirən şagirdlərin sayı imkan verdikdə (hər sinifdə 20 şagirddən az olmamaqla) texniki, riyaziyyat-iqtisadiyyat,  humanitar   və  təbiət  sahələri üzrə onların arzu və istəkləri nəzərə alınaraq  qruplaşdırılır.

Şagird sayı bu siniflərin yaranmasına  kifayət etmədikdə yaxınlıqdakı bir neçə məktəbin şagirdlərinin bir məktəbdə təmayüllü siniflərdə təhsil almasına şərait yaradılır.

Təmayüllü siniflərdə şagirdlərin qruplaşdırılması valideynlərin müraciətlərinə əsasən, şagirdlərin həmin təmayül istiqamətinə uyğun fənlərdən qiymətləri və fənn müəllimlərinin, məktəb rəhbərliyinin rəyi əsasında aparılır.

Təhsil Nazirliyinin 2017/2018-ci tədris ilində hesabatında bildirilib ki, ölkə üzrə 722 məktəbdə 1.206 sinifdə 27.005 X sinif şagirdi təmayüllər üzrə təhsilə cəlb olunub.