Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-08 13:33:00
Tələbələr şəhidlərimizi belə yad etdi -FOTO

 

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) İdman menecmenti və kommunikasiya ixtisasi üzrə SABAH layihəsinin modeli əsasında pilot qrupunun tələbələri şəhidlərimizin xatirəsini yad etmək məqsədilə “Microsoft Teams” proqramı vasitəsilə keçirilən onlayn dərsə şəhid hərbçilərimizin fotosu olan profillərlə qoşulublar.

 

Dövlət Himninin sədaları altında müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin fotoları və haqlarında məlumat təqdim edilib.

 

Sonra tələbələrin hər biri şəhidlərimiz haqqında  məlumat verib, döyüş yolu və göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər. Müəllim Lələ Əhmədova, Pərvanə İbrahimova, tələbələrdən Bilal Əsgərzadə, Günel Bayramova, Ülvi Məlikzadə şanlı ordumuzun, igid əsgərlərimizin şücaətindən danışıb, şəhidlərimizin azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildiyini bildirib, xatirələrinin hər zaman uca tutulacağını qeyd ediblər.