Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-25 14:16:59
“Mavi balina”ya görə intihar edən şagirdin direktoru danışdı: “Həmişə gedib-gələndə görürdüm ki…”

“Polislər “mavi balina”oynadıqdan sonra özünü asan Heydər Yusifovun telefonunda müxtəlif sözlər aşkar ediblər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin direktoru Nizami Qurbanov deyib. Onun sözlərinə görə, intihar edən şagird Heydər Yusifov olduqca sakit uşaq olub:

“Onun telefonunda “belə yaşamalı və cənnətə belə düşməlisiniz, son hədd budur” kimi sözlər tapılıb. Heydər dəcəl uşaq olmayıb, ancaq yaxşı oxuyan şagird də deyildi. Sadə kəndli ailəsidir, atasının 80-ə yaxın yaşı var. Hadisə baş verəndə ata-anası yatıbmış. Günorta saat 3-ə  qalmış yemək yeməyə oyananda görüblər ki, Heydər özünü asıb. Hadisə təxminən, 11:30 radələrində baş verib. O, bu gün dəfn olundu”.

Direktorun sözlərinə görə, şagirdin psixologiyasında hər hansı bir problem müşahidə edilməyib:

“Heç bir uşaqla problem olmayıb. Nə siqaret çəkirdi , nə də narkomaniyaya meyilli idi. Həmişə kəndə gedib-gələndə görürdüm ki, atasının yanında sakitcə gəzir”.

Qeyd edək ki, Tovuz rayonunun Əlimərdanlı kəndində intihar hadisəsi qeydə alınıb.

Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları