Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-25 12:00:00
Deputat Yardımlının imtahanda zəif nəticə göstərməsi haqda: “O adamlar məktəblərdən getməlidir  

Təhsil Nazirliyinin illik hesabatında buraxılış imtahanında ən zəif nəticə göstərən rayonların adları açıqlanıb. Hesabatda bildirilib ki, 2017/2018 –ci tədris ilində aşağı nəticə göstərən rayonlar siyahısında Daşkəsən (44,80%), Qobustan (44,27 %), Lerik (42,74%), Hacıqabul (42,08 %), İmişli (41,54 %), Kürdəmir (41,18%, Yardımlı (40,77%), Ağsu (38,68%), Cəlilabad (38,31%), Sabirabad (34,63%) rayonları yer alıb.

Bəs görəsən zəif nəticə göstərən rayonların aidiyyati qurumları, həmin rayondan seçilmiş millət vəkilləri bu məsələ ilə bağlı hansısa müzakirələr aparıblarmı?

AzEdu.az məsələnin aktuallığını nəzərə alaraq, zəif nəticə göstərən rayonların deputatları ilə həmin məsələyə aydınlıq gətirməyə çalışıb.

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlıdan Yardımlının zəif nəticə göstərən rayonlar sırasında olmasından təəssüflənib.
M.Qasımlının fikrincə, bu gün Təhsil Nazirliyinin Azərbaycanın bütün məktəblərində dərslərin keyfiyyətinə nəzarət etmək gücü yoxdur:

“Son illərdə cənab prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun xüsusi diqqəti və qayğısı nəticəsində Yardımlının ən ucqar dağ kəndlərində müasir məktəblər tikilib. Məktəblərin hamısı ən müasir avadanlıqlarla, informasiya texnologiyaları vasitələri ilə təmin edilib. Həmin məktəblərin tikintisi əvvəlki dövrlərdə yalnız arzu idi. Bu gün isə bu reallıqdır. Yəni dövlət öz üzərinə düşən ən vacib məsələni həll edib. Lakin təhsildə əsas məsələ kadrlardır. Bu gün ən yaxşı məktəblər var, təchizatları yerindədir. Hesab edirəm ki, əgər məktəblərdə direktor və müavinlər yerindədirsə, o zaman təhsilin keyfiyyəti də olacaq. Yox əgər məktəb direktoru və müavinlər yerində deyillərsə, işlərinə vicdanlı münasibət bəsləmirlərsə, təhsil keyfiyyəti də hesabatda deyildiyi kimi aşağı olacaq. Bu gün Təhsil Nazirliyinin Azərbaycanın bütün məktəblərində dərslərin keyfiyyətinə nəzarət etmək gücü Bakıdan göndərməyə kadr potensialı və imkanları yoxdur. Bu, heç mümkün də deyil. Dövlətin təhsil siyasətini həyata keçirən Nazirliyin yerlərdə şöbələri, məktəblərdə direktorları, müavinləri və müəllimləri var. Hər şey təhsilin yerlərdə təşkilatçılarından aslıdır. Əgər kadrlar yerində deyilsə, bu, belə də olacaq. Söylədiyiniz məsələ ilə bağlı mən ötən ilin sentyabr ayında keçirilən müəllimlərin konfransında öz düşüncələrimi söyləmişəm. İndi sizə bildirdiklərim o, zaman konfransda dediklərimdi. Hesab edirəm ki, hər şeyi kadrlar həll edir. Təhsil Nazirliyi qətiyyətli addımlar atılmalıdır. Dövlətimiz o qədər vəsait sərf edib məktəblər tikib, təchizatını verib. Mütləq təhsilin keyfiyyəti də olmalıdır. Təhsillə, məktəblə əlaqəsi olmayan adamlar, məktəblərdən çıxıb getməlidirlər”.