Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-24 13:23:00
Azərbaycanlı şagirdlər yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında 6 medal qazanıblar

Azərbaycanlı şagirdlər Yunanıstanın Rodos adasında keçirilən Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasında (JBMO) 3 gümüş və 3 bürünc medal qazanaraq növbəti uğura imza atıblar.

AzEdu.az xəbər verir ki,  bununla da azərbaycanlı şagirdlər 6 medal qazanaraq 100 faizlik nəticə göstəriblər. Komanda hesabında 113 bal toplayan şagirdlərimiz 2010-cu ildən bəri ən yaxşı ümumi nəticə nümayiş etdiriblər.

Şagirlərimizdən Abutalıb Namazov (Fizika Riyaziyyat İnformatika təmayüllü lisey - FRİTL), Fərid İsmayılov (FRİTL) və Murad Ağayev (İstək l) gümüş, Fidan Babayeva (FRİTL), Rəşad Musayev ( FRİTL) və Yusif Qasımov ( 220 n.t.o.m) bürünc medal qazanıblar.