Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-24 10:41:04
AzEdu.az-ın rəsm müsabiqəsinin qalibləri səma cisimlərini seyr etdilər

 

 1918-ci ilin 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan Azərbaycan Ordusunun bu il 100 yaşı tamam olur. 

AzEdu.az bu münasibətlə 6-11-ci sinif şagirdləri arasında keçirdiyi “Bugünün məktəblisi, sabahın əsgəri”adlı  rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Dünən yarışma qəlibləri Şamaxı  rəsədxanasına gecə ekskursiyası ediblər. Bu gün isə onların  N saylı hərbi hissədə əsgərlərlə görüşü keçiriləcək. Layihə Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

 Qeyd edək ki, qaliblərin müəyyən olunmasında irrealist rəssam Soltan Soltanov, jurnalist Seymur Verdizadə və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı münsif kimi iştirak ediblər. Rəsmlərdə keyfiyyət deyil, məzmun əsas götürülüb.

Yarışmanın qalibi Tovuz rayon Qovlar şəhər İnteqrasiya təlimli İnternat tipli gimnaziya orta məktəbin VIII sinif şagirdi Əli Əmirov olub. Digər yerlərdə isə eyni məktəbin VII sinif Müşfiq Əsgərov,  Dilman Süleymanov adına tam orta məktəbin IX sinif şagirdi Abdullayeva Ləman, Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 saylı orta məktəbin VI sinif şagirdi Ərturan İsmayıl və Xətai rayonu 27 saylı məktəbin VI sinif şagirdi İskəndərov  Vəzirxan eyni balla qərarlaşıb. 

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları