Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 12:00:00
Kolleclərdə elmi dərəcəli işçilərin sayı – 8 elmlər doktoru...  

Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində 6, digər dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrində 2 elmlər doktoru çalışır.

AzEdu.az xəbər verir ki, özəl orta ixtisas təhsili müəssisələrində isə elmlər doktoru elmi dərəcəli işçi yoxdur.

Fəlsəfə doktoru adına yiyələnən işçi sayı Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində 10, özəl orta ixtisas təhsil müəssisələrində isə 13 nəfərdir.

Həmçinin professor və dosentlərin sayı müvafiq olaraq Təhsil Nazirliyinin tabeliyində 3 və 12, digər dövlət qurumlarının tabeliyində olanlarda 3 və 4, özəllərdə isə 1 və 3-dür.

Qeyd edək ki, Orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən 8.280 işçidən professor-müəllim heyətinin sayı 5.724 nəfərdir. Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində çalışan işçilərin 4.351 nəfəri, digər dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrində 1.147 nəfəri, özəllərdə isə 226 nəfəri professor-müəllim heyətinə daxildir.