Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 16:28:00
Buraxılış imtahanlarında  yüksək və aşağı nəticə göstərən rayonların adları açıqlandı - SİYAHI

Təhsil Nazirliyi IX sinif buraxılış imtahanında  şagirdləri ən yüksək  bal  toplayan 10 orta təhsil müəssisəsini açıqlayıb. 

AzEdu.az  xəbər verir ki, yüksək nəticə göstərənlərin çoxu Təhsil Nazirliyinin tabeliyindəki və özəl liseylərin şagirdləridir. Bu liseylərin orta balı  130, 54 olub. Siyahıda ikinci yeri isə hərbi lisey və digər nazirliklərə aid olan məktəblər tutur. Növbəti yerdə 105,27 orta balla Sumqayıt məktəbləri gəlir. Ən yüksək nəticə göstərən 10 məktəbdən digərləri isə 100,91 balla Mingəçevir, 100,74 balla Naxçıvan, 97,19 balla Bakı , 96,40 balla Şahbuz , 94 balla Qax, 93,40 balla Gəncədir. Siyahıda sonuncu yeri 92,68 orta balla Oğuz rayonu tutub.  

IX sinif buraxılış imtahanlarında ən aşağı nəticəni 52,10 orta balı ilə idman liseyləri göstərib.  Tərtər 68.38, Şəmkir 68.16, Zərdab 67.43, Ağsu 65.36, Yardımlı 64.87, Gədəbəy 64.78, Kürdəmir 64.29, Daşkəsən 63.61, Cəlilabad  61.64 balla siyahıda yer alıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları