Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-13 15:09:00
İnternet  imkanı olmayan şagirdlər tele dərsləri izləsinlər- Təhsil Nazirliyinin sektor müdiri        

“İnternet və  elektron vasitə olmasa şagirdlər virtual dərslərə qoşula bilmirsə, tele-dərsləri izləsinlər. Son zamanlar tele dərslərlə bağlı xoş geri dönüşlər olur. Tövsiyəm budur ki, virtual dərslərə qoşulmaqla yanaşı şagirdlər tele-dərsləri izləsinlər”.

 

AzEdu.az-ın  məlumatına  görə, bu fikirləri Təhsil Nazirliyinin sektor müdiri Orxan Abbasov nazirliyin "Təməl" proqramı: Məsafədən təhsildə yeni reallıqlar mövzusunda keçirilən onlayn müzakirə zamanı deyib. O, “Virtual məktəb” platformasında valideynlərin də iştirakından danışdı:

 

“Virtual məktəb valideynlərin də dərs prosesinə cəlb olunmasına imkan yaradır. Bu vəziyyətdə şikayət etməkdən daha çox çıxış yolu axtarılmalıdır”.

 

Həmçinin müzakirə zamanı nazirliyin İctimaiyyətlə əlaqədar sektorunun müdiri Cəsarət  Valehov bildirdi ki, artıq tele-dərslər youtube hesabına yüklənməyə başlayıb.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları