Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-10 13:47:00
Şuşa rayonunun qəbul imtahan göstəriciləri – İlbəil yaxşılaşan nəticələr 

Azərbaycan ərazisində   27  sentyabr tarixindən hərbi vəziyyət elan olunub. Ordumuz işğal altında olan 20% torpağını azad etmək üçün mübarizə aparır. Ali Baş Komandan İlham Əliyev demək olar ki, hər gün işğaldan azad edilən torpaqlarımızın yeni siyahısını elan edir. 10 noyabr tarixində yeni tarix yazıldı. Ali Baş Komandan İlham Əliyev müqavilə əsasında Azərbaycan torpaqlarının geri qaytarılacağını elan etdi. Müqaviləyə əsasən, " Kəlbəcər - 15 noyabr ,Ağdam - 20 noyabr, Laçın - 1 dekabr tarixinə qədər Azərbaycana qaytarılır".

 

 

Məcburi köçkün ailələrindən olan abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır. Onların təhsil problemlərinin həlli diqqət mərkəzindədir.

 

Dövlət İmtahan Mərkəzi məcburi köçkün və qaçqın ailələrindən olan şagirdlərin və abituriyentlərin qəbul imtahanlarına hazırlığına kömək göstərilməsini həmişə diqqət mərkəzində saxlayır. Hər il onlarla görüşlər təşkil olunur, peşəyönümü istiqamətli söhbətlər aparılır, onları imtahanların texnologiyası ilə tanış etmək məqsədilə pulsuz sınaq imtahanları keçirilir. Onlara dərsliklər, dərs vəsaitləri, “Abituriyent” jurnalları, həmçinin imtahanlarda istifadə olunmuş test kitabçaları hədiyyə olunur. Bütün bunlar və digər amillər məcburi köçkün və qaçqın ailəsindən olan abituriyentlərin təhsillərini davam etdirmək istəklərinə və imtahan göstəricilərinə müsbət təsir göstərir.

 

İşğal altında olan rayonlarımızın bu il ali təhsil müəssisələrinə sənəd verən 10835 məzunundan (9463 abituriyent və 1372 subbakalavr) 5551-i (5129 abituriyent və 422 subbakalavr) tələbə adı qazanıb. Məcburi köçkün olan abituriyentlərin ali təhsil müəssisələrinin nüfuzlu ixtisaslarına qəbulolma faizi də artıb.

 

AzEdu.az DİM-ə istinadən Şuşa rayonunun 2019-2020-ci il üzrə qəbul göstəricilərini təqdim edir:

 

Şuşa rayonu:

2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 145 şagird bitirib və onların 143 nəfəri buraxılış imtahanında iştirak edib.  Ümumilikdə 143 nəfər attestat alıb. Attestat alanların 86.01%-i (123 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 56 məzunu (imtahanlarda iştirak edənlərin 45.16%-i) tələbə adını qazanıb. Onların 19.64%-i (11 nəfəri) dövlət ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 75.00%-i (42 nəfəri) dövlət, 5.36%-i (3 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

 

Rayonun məzunlarının 8 nəfəri 500-dən, o cümlədən 1 nəfəri 600-dən yuxarı bal toplayıb.   Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 200 baldan aşağı nəticə göstərən yoxdur. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə 60.00%-dir.  Qəbul imtahanlarında 14 məktəbin məzunları iştirak edib.   Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Şuşa 1 saylı şəhər tam orta məktəbi daxil olub.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları