Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-09 14:22:00
“Sağlam təhsil” siniflərindən “ Bayraq Günü”

"Sağlam təhsil" siniflərinin şagirdləri 9 noyabr Bayraq Günü münasibəti ilə video- çarx hazırlayıblar.

 

Onlar video-çarxda “Sağlam təhsil” sinflərinin mahiyyətini izah edən  “Sağlam gələcək sağlam mühit” -deməkdir mesajını da veriblər.

 

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqinə başlanılıb.

 

Hazırda 39 məktəbin 183 ibtidai sinifi “Sağlam təhsil” texnologiyaları əsasında təmir və təchiz edilib. Layihənin tətbiq olunduğu  məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərib ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.

 

https://www.youtube.com/results?search_query=dik+dur+bayra%C4%9F%C4%B1n+b%C3%BCk%C3%BClm%C9%99sin

https://www.youtube.com/watch?v=0CnTjwYmVzs