Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 13:53:00
Eldar Quliyev: “Artıq dövlət qulluqçularının müvafiq dərəcə almaq üçün 10 il gözləməsinə ehtiyac qalmayacaq”

“Bu qanun layihəsi ölkəmizdə idarəetmənin təkmilləşdirilməsi üçün çox böyük önəm kəsb edir”.

 

AzEdu.az xəbər  verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Eldar Quliyev deyib.

 

O bildirib ki, artıq dövlət qulluqçularının müvafiq dərəcə almaq üçün 10 il gözləməsinə ehtiyac qalmayacaq:

 

“Qanun layihəsi dövlət qulluğuna daha yüksək bilik və bacarıqlı gənclərin cəlb edilməsinə yönəlib”.