Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-02 13:08:00
Emin Əmrullayev Türkiyə ilə əməkdaşlıqdan söz açdı

“İnanıram ki, Türkiyə ilə əməkdaşlığımız daha da dərinləşəcək”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Türkiyənin Haber Global televiziyasına müsahibəsi zamanı söyləyib.

 

O, Türkiyə ilə əməkdaşlıqdan söz açıb:

 

“Türkiyə ilə istənilən sahədə münasibətlərimiz var. 2019-cu ildə azərbaycanlı müəllimlər STEAM-la bağlı Türkiyəyə iki həftəlik təlimə yollanıblar. Həmçinin, Ege Universiteti ilə  Aqrar Universitet arasında bu ildən ikili diplom proqramı start götürüb. Peşə təhsili istiqamətində Türkiyə ilə işbirliklərimiz var. Hazırda Azərbaycandan minlərlə tələbə Türkiyə universitetlərində oxuyur. Onlar kifayət qədər yaxşı biliklər əldə edərək Azərbaycama qayıdıblar. İnanıram ki, bizim bu əməkdaşlığımız daha da dərinləşəcək. Ümid edirik ki, universitetlər arasında əməkdaşlıq bir qədər də sıxlaşacaq. O cümlədən də, mübadilə proqramları çox önəmlidir. Hər iki dövlətlətlərin bir-birinin mədəniyyətlərini bilməsi olduqca sərfəlidir. Təhsil Nazirliyi olaraq istəyərdik ki, bir çox sahələrdə bu əməkdaşlığı davam  etdirək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları