Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-02 12:56:00
Bu qədər məktəbdə təhsil dayandırılıb-Emin Əmrullayev

“27 sentyabrdan etibarən müharibə şəraiti ilə əlaqədar 1200 məktəbdə təhsil dayandırılıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Türkiyənin Haber Global kanalına müsahibəsi zamanı səsləndirib.

 

O, qeyd edib ki, təhsilin dayandırılması şagirdlərin psixologiyasına təsir göstərir:

 

“Təhsil Nazirliyi aidiyyatı yerli orqanları və UNİCEF ilə bərabər bu vəziyyətin aradan qaldırılması üçün  birgə işlər həyata keçirirlər. Səmimi olaraq deyim ki, yaşadığımız vəziyyət asan deyil. Ümid edirik ki, Azərbaycan ordusu qısa zaman ərzində zəfər əldə edəcək. Biz də  şagirdlərimizi təmirli və daha yaxşı məktəblərdə təhsillə təmin edəcəyik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları