Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-02 12:32:00
 50 məktəb dağıdılıb, 9 şagirdimiz dünyasını dəyişib- Emin Əmrullayev

 

 

“27 sentyabrdan ölkəmizdə 50 məktəb və təhsil müəssisəsi dağıntıya məruz qalıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Türkiyənin “Haber Global”  televiziyasına müsahibəsi zamanı səsləndirib.

 

O, vurğulayıb ki, bu müddət ərzində 9 şagirdimiz dünyasını dəyişib:

 

“Bu şagirdlərimiz müxtəlif yaş qrupları və siniflərini əhatə edir. Onların əksəriyyəti Gəncə, Bərdə və Naftalan şəhərində yaşayan şəxslərdir. Belə ki, həmin bölgələr cəbhədən uzaq əraziləri əhatə edir və mülki əhalinin sıx yerləşdiyi regionlardır. Bunun yalnız bir adı var, o, da terrordur. Əminliklə deyə bilərəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə işğalda olan bütün Azərbaycan torpaqları qısa zamanda azad edəcək. Biz də həmin ərazilərdə təhsili yenidən bərpa edib, şagirdlərimizin savadla təmin edəcəyik”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları