Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-02 11:58:00
Nazirdən tədrislə bağlı vacib xəbərlər, distant təhsilə keçid – Həftənin icmalı  

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 26 oktyabr-1 noyabr  tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Qubadlı rayonunun qəbul imtahan göstəriciləri açıqlandı

 

Qubadlı rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 445 şagird bitirib və onların 444 nəfəri buraxılış imtahanında iştirak edib. Ümumilikdə 444 nəfər attestat alıb. Attestat alanların 89.19%-i (396 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 10.14%-i (45 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

 

Ümumilikdə attestat alanların  92.12%-i (409 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 284 məzunu (imtahanlarda iştirak edənlərin 69.44%-i) tələbə adını qazanıb. Onların 32.04%-i (91 nəfəri) dövlət, 1.06%-i (3 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 60.56%-i (172 nəfəri) dövlət, 6.34%-i (18 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

 

Qəbul imtahanlarında 31 məktəbin məzunları iştirak edib.   Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Ə.Əliyev adına Qəzyan kənd, H.Quliyev adına Çaytumas kənd, F.Mehdiyev adına Qaralar kənd, Ç.Quliyev adına Çardaxlı kənd, Baba Məmmədov adına Fərcan kənd, Süleyman Rəhimov adına Mahruzlu kənd, Xanlıq kənd 2 saylı, Xanlıq kənd 3 saylı, 1 saylı şəhər və 3 saylı şəhər tam orta məktəbləri daxil olub.

 

Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən qərar

 

Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə qərar imzalayıb.

"Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Nazirlər Kabineti qərara alır:

 

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

 

Tədris müdəti qısaldılacaq? 

 

“Tətilin elan edilməsi tədris ilinin qısaldılması anlamına gəlmir”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin tədrisin təşkil və formasına dair keçirilən brifinqdə deyib.

 

O, qeyd edib ki, növbəti həftələrdə yoluxma halları daha çox arta bilər.

 

“Epidemioliji vəziyyətin pisləşəcəyi özlüyündə bir reallıqdır.  Biz mürəkkəb epidemioloji situasiya ilə qarşılaşa bilərik. Ona görə də bu prosesi qiymətləndirib ictimaiyyətə məlumat verəcəyik. COVİD-19 pandemiyasının nəticələri o bitdikdən sonra da davam edəcək. Biz çalışmalıyıq ki, bu məsələləri aradan qaldıraq”.

 

Şagirdlərin qiymətləndirilməsi necə aparılacaq?

 

“Şagirdlərin qiymətləndirilməsi situasiyadan asılı olacaq. Əlimizdə toplanan nəticə var. Ötən il müəyyən qiymətləndirilmə tətbiq edildi, onlayn qaydada”.

 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Şagirdlər bu il sinifdə qalmayacaqlar

 

“Bu il şagirdlərin  sinifdə qalması nəzərdə tutulmur. Hər bir şagird təhsilinə davam edəcək”.

 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Geri qalan siniflər və şagirdlərlə bağlı qərarlar veriləcək

 

“Təhsil Nazirliyi görür ki, tədris əvvəlki kimi ötürülə bilmir”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin tədrisin təşkil və formasına dair keçirilən brifinqdə deyib.

 

O, vurğulayıb ki, hansı siniflərdə tədrislə bağlı ləngimələr varsa, ona müvafiq olaraq qərarlar veriləcək.

 

“Biz də müşahidə edirik ki, təhsil əvvəlki kimi ötürülə bilmir. Aparacağımız təlimlər əsasında hansı şagirddə boşluq varsa, ona uyğun qərar qəbul ediləcək. Bununla bağlı ictimaiyyətə hesabat veriləcək”.

 

Hazırlıq kursları və repetirorluq sahəsində qadağa nəzərdə tutulur?-Nazirdən açıqlama

 

“Kurslar və repetitorların fəaliyyəti dövlət tədris müəssisələri hesab edilmir. Bu bir qədər mürəkkəb prosesdir”.

 

Bunu Emin Əmrullayev brifinqdə səsləndirib.

 

“Bu səbəbdən distant təhsil məsələsi onlara aid edilmir”.

 

Nazirdən birinci kursda oxuyan tələbələrə vacib müraciət

 

“Ötən il xüsusi kriteryalardan olan tələbələr müəyyən edilib, onları təhsil haqqı dövlət tərəfindən ödənildi. Bu qrupdan olan tələbələrin sayı 15000  idi”.

 

Təhsil Naziri Emin Əmrullayev bunu   Təhsil Nazirliyinin  tədrisin təşkil və formasına dair keçirilən brifinqdə deyib.

 

O, birinci kurslara da çağırış edib:

 

“Hazırda birinci kurs tələbələrindən yaganə xahişimiz var ki, e-telebe.edu.az-dan qeydiyyatdan keçib  həmin sosial qrupa aid olub-olmamasının aydınlaşdırılmasıdır”

 

Bölgələrdə 100 məktəbə fiber optik internet çəkiləcək

 

Bölgələrdə intenet problemi ilə əlaqədar növbəti illərdə 100 məktəbə fiber optik intenet çəkilməsi planda var.

 

Bunu Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib

 

Şagird yerdəyişməsindəki fasilə bu tarixdən bərpa olunacaq 

 

“Şagird yerdəyişməsindəki fasilə növbəti həftədən aradan qaldırılacaq”.

 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir bildirib ki, əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik var idi: “Mənə elə gəlir ki, növbəti həftələrdən sistem işə salına biləcək”.

 

Bağça və məktəbəqədər müəssisələrdə distant təhsil olmayacaq

 

“Bağçalarda təlim-tərbiyə hələ ki, bərpa edilmir”.

 

Bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

Onun sözlərinə görə, bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir:

 

"Amma bağça və məktəbəqədər müəssisələr istəyərsə öz təşəbbüsləri ilə onlayn təhsil verə bilərlər".

 

İbtidai siniflərdə ənənəvi təhsilə keçidlə  bağlı məlumat veriləcək

 

 

“İstəyərdik ki, birinci siniflər yenidən ənənəvi təhsilə qayıda bilsin”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin tədrisin təşkil və formasına dair keçirilən brifinqdə deyib.

 

O, qeyd edib ki, qarşıdakı həftələrdə ibtidai siniflərdə ənənəvi təhsilə keçidlə  bağlı məlumat veriləcək.

 

“Biz ibtidai siniflərdə ənənəvi tədrisin tərəfdarı idik. Lakin ölkədə yoluxma halları 1000-i keçdi. Ona görə də belə məqamda ənənəvi tədrisin təşkili mümkün deyil. Lakin qarşıdakı həftələrdə vəziyyətdən aslı olaraq qərar qəbul edilə bilər”.

 

Bu müəllimlərin sağlamlığını xüsusilə qorumalıyıq – Emin Əmrullayev  

 

“Şagird və müəllimlərin sağlamlığı ən vacib məsələlərdən biridir”.

 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.  O, ölkə təhsil sisteminin  yekcins  olmadığını qeyd edib:

 

“Təhsil sahəsinə olan təziqi ən minimal səviyyəyə endirməliyik. Ölkədə təhsilalanların yaşı 5-dən 25-ə kimi insanları əhatə edir. Lakin yaşı 60-dan da yuxarı olan təhsil işçilərimiz də var və onların sağlamlığını qorumalıyıq. Buna görə də distant təhsil belə situasiyada ən effektiv variantdır”.

 

“Ən optimal qərar tədrisin distant formada həyata keçirilməsidir” – Emin Əmrullayev

 

“COVİD-19  virusunun sürətlə yayılması və ölkədəki hərbi vəziyyət də məlumdur. Eyni zamanda internetin ölkə ərazisində məhdudlaşdırılması da nəzərə alınaraq təhsil müəssisələrində tətil elan edildi”.

 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

“2 həftəlik fasilədə əsas məqsəd vəziyyəti düzgün qiymətləndirmək ən optimal qərarlar verilmək idi. Ən optimal qərar tədrisin distant formada həyata keçirilməsidir”.

 

Təhsil naziri: "İstifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək"

 

Ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb.

 

Bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

Onun sözlərinə görə, aidiyyəti orqanlarla birgə testlər aparılıb:

 

"Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Artıq istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək".

 

Erməni təxribatı nəticəsində 50-ə yaxın məktəb yarasız hala düşüb - Nazir  

 

Erməni təxribatı nəticəsində 50-ə yaxın məktəb yararsız hala düşüb.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, sentyabrın 27-dən erməni təxribatının təsiri yalnız cəbhə bölgəsinə deyil, cəbhədən kənar rayonlara da təsir edib. Bu təxribat nəticəsində 9 şagird dünyasını dəyişib.

 

Nazir bildirib ki, uşaqların təcavüzə məruz qalması erməni terrorunun bariz nümunəsidir.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları