Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-27 14:46:00
Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxdu, 283 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 51 149 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 41 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 8 768 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9700, hazırkı dövrədək isə 1308048 test aparılıb.