Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-21 17:12:00
DİM-də fizika və rus dili  fənləri üzrə iclas keçirilib

Fizika fənni üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi olub.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, öncə qüvvədə olan  6-11-ci sinif dərslikləri əvvəlki illərin nəşrləri ilə müqayisə edilərək fərqlər müəyyən olunub. Qəbul proqramında bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.
 

Rus dili fənni üzrə gündəlik məsələ ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqram və imtahan modelinin müzakirəsi olub.


Müzakirədən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-9-cu sinif “Rus dili” dərsliklərinə baxılıb. Həmin dərsliklər  əvvəlki illərin nəşrləri ilə müqayisə edilərək fərqlər müəyyənləşdirilib. Proqramda bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.


Daha sonra imtahan modelinin strukturu və məzmunu müzakirə edilib. İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

 

28 oktyabr 2020-ci tarixində müzakirələr davam etdiriləcək.