Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 09:23:22
Azərbaycanda 223 mindən çox şagird 2 və ya 3 növbəli məktəblərdə oxuyur  

Azərbaycanda orta məktəblərin 28,4 faizi 2 və ya 3 növbəli işləyir.

AzEdu.az Trend-ə istinadən məlumat verir ki, ölkədəki 4 394 dövlət orta məktəblərinin 3 144-ü (71,6 faizi) 1 növbə, 1 250-i (28,4 faizi) 2 və ya 3 növbə üzrə dərs keçir.

Ümumilikdə ölkədəki 1 milyon 503 şagirdin 1 milyon 279 mini 1 növbəli, 223 min 200 nəfəri 2 və ya 3 növbəli məktəblərdə oxuyur.

Ölkədəki şagirdlərin 85,2 faizi 1 növbəli, 14,8 faizi 2 və ya 3 növbəli dərs keçilən orta məktəblərdə oxuyur.