Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-17 11:35:00
Çingiz Hüseynov:“Azərbaycanı Şuşasız, Laçınsız təsəvvür etmirəm"

AzEdu.az xəbər verir ki, İsraildə yaşayan dünya şöhrətli azərbaycanlı yazıçı Çingiz Hüseynov Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasaında bildirib ki, dünyaya sözü çoxdur:

 

“Qələmim nə ölümə çağırır, nə ölməyə. Müharibə görək nə ilə nəticələnək. Müharibə bir tərəfdən labüddür, çünki başqa cür mümkün deyil. Müharibənin özü XXI əsrdə qan tökmək deməkdir. Ədalətli, ədalətsiz, fərqi yoxdur”.

 

O daha sonra deyib ki, azərbaycanlı olaraq, bir kəlmə ilə bu günü ifadə edərdi:

 

“Azərbaycanı Şuşasız, Laçınsız təsəvvür etmirəm. Bu cümləm düşünürəm ki, hər şeyi ifadə edir. Yenə də təkrar edirəm, mən Azərbaycanı Şuşasız, Laçınsız Vətənim Azərbaycanı təsəvvür etmirəm və etməyəcəm də”.