Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-13 17:50:00
AzTU məzununun uğur hekayəsi layihəsi davam edir

Ramin Abdullayev Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsini 2001-ci ildə bakalavriat, 2008-ci ildə isə magistratura səviyyəsində fərqlənmə ilə bitirib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, əmək fəaliyyətinə 2006-cı ildən Bakı Yük Stansiyasında yoldəyişdirici kimi başlayıb və dispetçer vəzifəsinə qədər yüksəlib. 2008-2011-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin hərəkət xidməti sahəsində dispetçer, 2011-2017-ci  illərdə isə Sərnişin daşımaları Departamentinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi vəzifələrində çalışıb. 2017-2019-cu illərdə Sərnişin daşımaları Departamentinin baş mühəndisi vəzifəsini icra edən Ramin Abdullayev, 2019-cu ildən Bakı sərnişin stansiyasının rəisidir.

 

Bir sıra elmi məqalə və metodiki vəsaitin müəllifi olan Ramin Abdullayev AzTU-nun Nəqliyyat logistikası və hərəkətin təşkili kafedrasının baş müəllimidir.

 

O, “Azərbaycan Dəmir Yolları” QSC-nin məzunlarının işə qəbulu komissiyasının üzvü kimi imtahan və müsahibə proqramlarının test suallarının tərtibatçısıdır.