Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-12 16:54:00
Bakı Ali Neft Məktəbindən #erməniterrorunason 

Bakı Ali Neft Məktəbi sentyabrın 27-dən başlayaraq bu gün də davam edən Ermənistanın hərbi‭ ‬ ‭ ‬təxribatı‭ ‬ ‭ ‬nəticəsində‭ ‬ ‭ ‬təmas‭ ‬ ‭ ‬xəttindən‭ ‬ ‭ ‬kənarda‭ ‬ ‭ ‬yerləşən‭ ‬ ‭ ‬şəhər,‭ ‬ ‭ ‬kənd‭ ‬ ‭ ‬və‭ ‬ ‭ ‬yaşayış məntəqələrimizin‭ ‬ ‭ ‬raket‭ ‬ ‭ ‬və‭ ‬ ‭ ‬ağır‭ ‬ ‭ ‬artilleriya‭ ‬ ‭ ‬atəşinə‭ ‬ ‭ ‬məruz‭ ‬ ‭ ‬qalmasına‭ ‬ ‭ ‬və‭ ‬ ‭ ‬insan‭ ‬ ‭ ‬tələfatına‭ ‬diqqəti çəkmək üçün ingilis dilində videoçarx hazırlayıb. ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

 

AzEdu.az xəbər verir ki, daha çox insana çatması üçün videoçarx #erməniterrorunason həştəqi ilə açıq informasiya resurslarında yerləşdirilib və Ali Məktəbin əməkdaşlıq etdiyi portnyorlara göndərilib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

 

Videoçarxda erməni vandalizmi, onların mülki əhalini hədəf seçən hücumları qeyd olunub.


Günahsız uşaqların, qadın və yaşlıların həlak olduğu və yaralandığı mülki əhaliyə qarşı hücumlar terrorizim kimi xarakterizə olunub.

 

Azərbaycanın‭ ‬ ‭ ‬öz‭ ‬ ‭ ‬torpaqlarını‭ ‬ ‭ ‬azad‭ ‬ ‭ ‬etmək‭ ‬ ‭ ‬uğrunda‭ ‬ ‭ ‬mübarizə‭ ‬ ‭ ‬apardığı,‭ ‬‬təmas‭ ‬ ‭ ‬xəttindən kənarda‭ ‬ ‭ ‬yerləşən‭ ‬ ‭ ‬Gəncə,‭ ‬Mingəçevir kimi‭ ‬ ‬iri‭ ‬ ‭ ‬infrastruktur‭ ‬ ‭‬şəhərlərinin çoxsaylı və‭ ‬ ‭ ‬qeyri-qanuni hücumlara məruz qalmasına, azyaşlı məktəblilərin həlak olmasına ayrıca yer verilib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

 

Bakı Ali Neft Məktəbi olaraq ümid edirik ki, “Biz Ədalət istəyirik!” şüarı ilə bitən videoçarx haqq səsimizin duyulmasına bir töhfə olacaqdır.