Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-12 16:20:00
Yaponiya Universitetində Dağlıq Qarabağ mövzusunda açıq dərs keçirilib (FOTO)

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi dünyanın 22 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.

 

AzEdu.az xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat mərkəzindən verilən məlumata görə, Yaponiyanın ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə də başlanılıb. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında həyata keçirilir. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökümətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dərslər yapon dilində keçirilir.

 

Ötən həftə Hokkaydo Universitetində Ermənistanın sentyabrın 27-dən etibarən növbəti dəfə hərbi təcavüzə əl ataraq təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, Dağlıq Qarabağ ərazisindən çox uzaqda yerləşən məntəqələrini iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutması, mülki əhalini, azyaşlıları qəsdən hədəfə alması, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyasının kobud surətdə pozması mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə Dagliq Qarabagda erməni ordusunun müharibə cinayətləri, Azərbaycan tərəfinin haqli mübarizəsi, uzun illərdən sonra dogma torpaqların bir hissənin geri qaytarilmasi haqqında geniş müzakirələr aparilıb. Sonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində Azərbaycana səfər etmiş 3 tələbə Azerbaycanla bağlı xatirələrini bölüşüb, Azərbaycanın mütləq öyrənilməli və sevilməli ölkə olduğunu vurğulayıb.